AZ

Fransada həmkarlar ittifaqları təşkilatları etiraz aksiyalarına start verir

Paris, 31 iyul, AZƏRTAC

Fransada 2026-cı ilin dövlət büdcəsi planında nəzərdə tutulan tədbirlərlə bağlı etirazlar başlayıb.

AZƏRTAC xəbər verir ki, bu ölkədə fəaliyyət göstərən “Fəhlə Gücü” həmkarlar ittifaqının baş katibi Frederik Suyo hökumətə tətil xəbərdarlığı edib. O, bununla bağlı Baş nazir Fransua Bayruya müraciət ünvanlayıb. “İyulun 15-də açıqlanan büdcə tədbirlərinə qarşı dövlət və özəl sektorda çalışan bütün işçiləri tətilə və mübarizəyə çağırırıq. Hökumətin təqdim etdiyi planlar amansız və ədalətsizdir. Bunlara iki bayram gününün ləğvi, əmək hüququna müdaxilə, işsizlik sığortası ilə bağlı islahatlar, pensiyaların inflyasiyadan ayrılması və tibbi ödənişlərin ikiqat artırılması daxildir”, - deyə o diqqətə çatdırıb.

“Fəhlə Gücü”nün bu təşəbbüsü Fransanın digər həmkarlar ittifaqları tərəfindən də dəstəklənir. Ümumi Əmək Federasiyasının baş katibi Sofi Bine də təqdim olunan büdcə planından sonra bütün işçiləri hərəkətə keçməyə çağırıb. CFDT, CGT, FO, CFE-CGC, CFTC, UNSA, FSU və “Solidaires” kimi əsas həmkarlar ittifaqları “Bayrunun büdcəsinə yox!” adlı petisiya başladıb və bu təşəbbüs artıq 280 mindən çox imza toplayıb. Eyni zamanda, büdcə tədbirlərini izah edən xüsusi məlumat platforması da istifadəyə verilib.

Bununla yanaşı, sosial şəbəkələrdə də büdcəyə etiraz çağırışları yayılmaqdadır.

Seçilən
3
1
azertag.az

2Mənbələr