AZ

Pezeşkian xəbərdarlıq etdi: Sentyabrda Tehranda su olmayacaq!

İran prezidenti Məsud Pezeşkian ölkənin su ehtiyatlarının getdikcə azaldığı və quraqlığa doğru getdiyi barədə xəbərdarlıq edib.

Turkustan.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Pezeşkiyan Zəncan vilayətində Əyalət Planlaşdırma Şurasının iclasındakı çıxışında yaxın günlərdə ölkədə baş verə biləcək su böhranına diqqət çəkib.

"Su böhranı bu gün cəmiyyətin ciddi problemlərindən biridir və bütün məlumatlar göstərir ki, su ehtiyatları azalır, azalma tendensiyası var və biz quraqlığa doğru gedirik", - Pezeşkian bildirib.

Nəzarətli su istehlakı olmasa, ölkənin bir çox şəhərlərinin su problemi yaşayacağını bildirən Pezeşkian, "Su istehlakına nəzarət etməsək və idarə etməsək, sentyabr və oktyabr aylarında bəndlərdə su qalmayacaq, Tehranda su olmayacaq və ciddi problemlərlə üzləşəcəyik" deyib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
7
1
turkustan.az

3Mənbələr