AZ

Sosial mediada gündəm oldu: Qadın aldatıldığını evdəki ağıllı tərəzidən öyrəndi

ABŞ-də yaşayan bir qadın evindəki ağıllı tərəzinin məlumatlarını araşdıraraq həyat yoldaşının onu aldatdığını anlayıb.

Sherg.az xəbər verir ki, reddit istifadəçiləri ilə paylaşımında qadın bildirib ki, həmin gecə evdə olmayıb, lakin saat 00:20 radələrində tərəzidə iki dəfə ard-arda 54 kiloqram ağırlığında biri tərəziyə çıxıb.

Qadın bu vəziyyətin sadəcə texniki nasazlıq olmadığını, həyat yoldaşının daha əvvəl də onu aldatdığını və hazırda ayrılma mərhələsində olduqlarını qeyd edib. Onlar qarşılıqlı razılıqla münasibətlərində başqa heç kimin olmayacağına dair razılaşmışdılar. 


 
Hadisə sosial mediada geniş rezonans doğurub. Bəzi istifadəçilər tərəzidə görünən çəkinin qadına məxsus olduğunu və şübhələrin haqlı olduğunu düşünür. Digərləri isə 54 kiloqramın çox "dəqiq" bir rəqəm olduğunu və cihazın sıradan çıxmış ola biləcəyini iddia edib.



Seçilən
0
sherg.az

1Mənbələr