2025/26 mövsümü üçün heyət çalışmalarını davam etdirən "Sumqayıt" FK daha bir futbolçunun keçidini reallaşdırıb. Komandamız beninli cinah oyunçusu Abdul Raşid Mumini ilə 3 illik sözləşmə imzalayıb. 20 yaşlı cinah oyunçusu "Sumqayıt" FK-da "25" nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, "Sumqayıt" FK heyətini buna qədər Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli, Aleksandr Ramalinqom, Rayan Senhadji, Rüstəm Əhmədzadə və Nikola Ninkoviçlə gücləndirib.