AZ

Stanislav Namaşko: “Petrokub” ilk qolu vursa, hər şey dəyişə bilər”

“Sabah”la “Petrokub” arasında ilk oyuna baxmadım. Ona görə “Sabah”ın və ya “Petrokub”un oyunu ilə bağlı nəsə demək çətindir. İlk oyundakı hesabın 0:2 olduğunu bilirəm. Amma ilk oyun “Sabah” üçün asan olmayıb”.

İdman.biz xəbər verir ki, bunu Futbolinfo.az-a açıqlamasında vaxtilə Azərbaycanda “Keşlə”də (hazırkı “Şamaxı”) çıxış etmiş Stanislav Namaşko deyib.

O, UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab görüşü çərçivəsində bu gün baş tutacaq “Sabah” – “Petrokub” görüşündən danışıb: “Sabah” bu dəfə rəqibini evdə qəbul edir, 2 topluq üstünlük var. “Petrokub” istənilən halda qol vurmalı olacaq. Taktika da belə olacaq, komanda ilk dəqiqədən qaçacaq. Daha sonra epizodlar axtaracaqlar. Hər iki komanda üçün asan oyun olmayacaq”.

Namaşko “Petrokub”ın geridönüş etməsinin mümkün olduğunu da bildirib: “Bəli, 2:0 da təhlükəli hesabdır. “Petrokub” bir qol vursa, seriyanı xilas etmək üçün artıq bir qol qalacaq. Əksinə də ola bilər. “Sabah” bir qol vursa… Burada psixoloji planda aydındır ki, “Petrokub” üçün 3 qolun əvəzini çıxmaq çətin olacaq. Hər halda, oyun fərqli alına bilər. “Petrokub” ilk qolu vursa, hər şey dəyişə bilər”.

İdman.biz

Seçilən
6
idman.biz

1Mənbələr