AZ

Bərdədə bir nəfər çayda boğulub

Bərdədə bir nəfər çayda boğulub.

"Report"un Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Zümürxan kəndində Çaylaq adlanan ərazidə baş verib.

Sakinlərin bildirdiyinə görə, boğulan Nihad Əliqulu oğlu Rüstəmov əslən Ləmbəran kəndindəndir. Onlar bir müddət öncə ailəsinə birgə Zümürxan kəndinə köçüblər.

Hazırda meyit sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma başlanıb.

Seçilən
50
10
report.az

10Mənbələr