AZ

Dünənki qəzada ölən və yaralanan şəxslə bağlı TƏBİB-dən AÇIQLAMA

31.07.2025-ci il tarixində saat 00:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Xətai rayonu, Əhmədli qəsəbəsindən yol-nəqliyyat hadisəsinin baş verməsi hadisəsi ilə bağlı çağırış daxil olub. 

Bu barədə Bakıvaxtı.az-a TƏBİB-dən bildirilib. Qeyd edilib ki, çağırış əsasında təcili tibbi yardım briqadası ünvana yönləndirilib.

1 nəfər (kişi cinsli) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (kişi cinsli) isə həkiməqədər ölüm faktı  qeydə alınıb.

Seçilən
3
1
bakivaxti.az

10Mənbələr