Ölkə ciddi su böhranı astanasındadır və su təhlükəsizliyini təhdid edən əsas amillər həddindən artıq istehlak və resursların düzgün idarə edilməməsidir.
Axar.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
“Tehran kimi bir şəhərdə su ehtiyatları düzgün idarə olunmasa və vətəndaşlar suya qənaət etməsələr, ölkə sentyabr və oktyabr aylarında bəndlərin boşalması böhranı ilə üzləşəcək”, - Pezeşkian bildirib.