Çikaqo Universitetinin siyasi elmlər professoru, “İsrail lobbisi” kitabının həmmüəllifi Con Mearsheimer İsrailin Qəzzada soyqırım törətdiyini və ABŞ-ın bu soyqırımda şərik olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, realist xarici siyasət hərəkatının aparıcı simalarından olan Mirsheymer amerikalı jurnalist Taker Karlsonun proqramında qonaq qismində çıxış edərək İsrailin Qəzzaya hücumları və İsrail lobbisinin ABŞ-dakı təsir dairəsi ilə bağlı dəyərləndirmələr edib.
Mearsheimer, Qəzzada baş verənlərin İsrailin fələstinliləri sistemli şəkildə məhv etmək cəhdi olduğunu vurğulayaraq, İsrailin Fələstinli kimliyinə görə Qəzza xalqını hədəf aldığını və Fələstin milli kimliyini məhv etməyə çalışdığını bildirib.
İsrailin uzun müddətdir Fələstin xalqını “Böyük İsrail” sərhədləri daxilindəki torpaqlardan çıxarmaq istədiyini ifadə edən Mearsheimer: “İsraillilər Qəzzada soyqırım törədir, biz də bu soyqırımın ortağıyıq” dedi.
Aytən Yaşar/ Turkustan.az