BRİKS fəaliyyətini digər ölkələrə qarşı yönəltmir və bu qurum “antiamerikan təşkilat” kimi qiymətləndirilməməlidir.
News24.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
“BRİKS-in məqsədi heç bir halda kiməsə qarşı yönəlmək deyil. Bu, antiamerikan və ya digər dövlətlərə qarşı olan blok deyil”, – deyə Peskov vurğulayıb.
Qeyd edək ki, BRİKS son illərdə üzv sayını artırmaqla və iqtisadi-ticari əlaqələri gücləndirməklə qlobal miqyasda təsir dairəsini genişləndirməkdədir.