AZ

Portuqaliya Fələstin dövlətini tanıya bilər

Portuqaliya beynəlxalq proses çərçivəsində və tərəfdaşlarla koordinasiya şəklində Fələstin dövlətini tanımağı nəzərdən keçirir.

Moderator.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Portuqaliyanın Baş naziri Luiş Monteneqronun ofisi məlumat yayıb.

"Hökumət Fələstinin tanınması məsələsi ilə bağlı prezident və parlament siyasi partiyaları ilə məsləhətləşmələr keçirmək qərarına gəlib. Bu, artıq sentyabrda baş verə bilər", - məlumatda bildirilib.

Sənəddə qeyd olunur ki, hökumət başçısı parlamentdəki çıxışlarında dəfələrlə Fələstin dövlətinin tanınması prosesinə başlamaq imkanını bəyan edib.

Seçilən
28
4
moderator.az

5Mənbələr