AZ

Mütəxəssis: Süni intellekt bəşəriyyət üçün həm böyük fürsətlər, həm də ciddi təhdidlər yaradır

Süni intellekt bəşəriyyət üçün həm böyük fürsətlər, həm də ciddi təhdidlər yaradırSüni intellektin (xüsusilə də GPT-5 kimi inkişaf etmiş modellərin) inkişafı bəşəriyyət üçün yeni bir dövr açır. Lakin bu inkişafın özü ilə gətirdiyi təhlükələr və qeyri-müəyyənliklər də az deyil. Bunu texnoloji şirkətlərin rəhbərləri də etiraf edirlər. 

Bununla bağlı İT üzrə mütəxəssis Həsən Quliyev Demokrat.az-a açıqlama verib.

Onun sözlərinə görə, süni intellekt artıq sadəcə proqram təminatı deyil, ciddi nəticələrə səbəb ola biləcək bir gücdür:

“Bu vəziyyətin səbəbi isə texnologiyanın sürətli inkişafı fonunda qlobal etik və hüquqi nəzarət sistemlərinin çatışmamasıdır. Süni intellektin qərarvermə imkanları genişləndikcə, insan nəzarətindən çıxan proseslər baş verə bilər. Süni intellekt yalnız texniki deyil, eyni zamanda sosial struktur üçün də təhlükə yarada bilər. Hazırda AI texnologiyalarının istifadəsi ilə bağlı dünya miqyasında vahid bir hüquqi və etik çərçivə yoxdur. Bu da texnologiyadan sui-istifadə hallarını artırır. Süni intellekt bəşəriyyət üçün həm böyük fürsətlər, həm də ciddi təhdidlər yaradır. Bu texnologiyanın gələcəkdə necə formalaşacağı isə bizim bu gün atdığımız addımlardan asılıdır. Qlobal miqyasda etik, hüquqi və texniki standartların formalaşdırılması, ictimai maarifləndirmə və şəffaf nəzarət mexanizmləri olmadan süni intellekt, həqiqətən də, idarəolunmaz gücə çevrilə bilər”.

Leyla Turan 
Demokrat.az
Seçilən
28
demokrat.az

1Mənbələr