İyulun 31-də Kiyevdə baş verən kütləvi hücum nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb. Onların arasında bir uşaq da var.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Kiyev Şəhər Hərbi Administrasiyasının mətbuat xidmətinə istinadən məlumat yayıb.
“2025-ci il iyulun 30-dan 31-dək Rusiyanın Kiyevə hücumu nəticəsində saat 16:45-ə olan məlumata görə, 11 nəfər (o cümlədən 1 uşaq) həlak olub”, - məlumatda deyilir.
Eyni zamanda düşmənin hücumu nəticəsində 135 nəfər yaralanıb.
QAZİLER.AZ