AZ

ABŞ mediasında Zəngəzur dəhlizi ilə bağlı Azərbaycana yeni hücum - "ərazi təftişçiliyi"...


Abutalıb Səmədov: "Hesab edirəm ki, bu, Ermənistanın keçmiş səfirinin cahilliyindən doğan bir məqamdır"

“Zəngəzur dəhlizi” Ermənistanla münaqişəyə səbəb ola biləcək qeyri-qanuni və təhlükəli tələbdir. Bu barədə Ermənistanın ABŞ-dakı keçmiş səfiri Qriqor Hovhannisyan öz məqaləsində yazır:

"Prezident Tramp NATO-nun baş katibi Mark Rutte ilə bu yaxınlarda keçirdiyi görüşdə nikbin fikirlər səsləndirərək, Ermənistan və Azərbaycanın uzun illər davam edən düşmənçilikdən sonra "sülhə doğru gedə biləcəyini" irəli sürdü. Bununla belə, Azərbaycan Prezidenti İlham Əliyevin ritorikasına əməl edən hər kəs fərqli nəticəyə gələ bilər. Onun açıqlamaları sülhə gedən yol xəritəsini deyil, terrorizm və ərazi təftişçiliyiistəklərinə söykənən bir kampaniyadır”. Bunları keçmiş səfir məqaləsində yazır.

Səfir "Washington Times"-da dərc edilmiş məqaləsində yazır ki, Azərbaycan Zəngəzur dəhlizi adı altında Ermənistandan ərazi tələb edir. Səfirin məqalədində "ərazi təftişçiliyi" deyilən yeni termin işlədilir. O, məqaləsinin sonunda vurğulayir ki, əgər cənab Tramp həqiqətən də Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasının öhdəsindən gəlmək istəyirsə, bu, cənab Əliyevi “Zəngəzur dəhlizi” yaratmaq ambisiyalarından əl çəkməyə məcbur etməklə baş verməlidir.

Doğrudanmı, Azərbaycanın Zəngəzur dəhluzi tələbinin arxasında Ermənistandan yeni ərazi tələbi dayanır?

"Ermənistanın ABŞ-daki keçmiş səfiri nə tarixi bilir, nə də beynəlxalq məsələlərdən anlayışı var. Eksterritorial dəhluz söhbəti heç vaxt olmayiıb. Xalq Cəbhəsinin hakimiyyəti dövründə Əbülfəz Elçibəy təklif etmişdi ki, Laçın dəhlizinə Azərbaycanla Ermənistan birgə nəzarət eləsin. Bu, erməniləri qane eləmədi. Sonra, 1997-ci ildə Minsk qrupunun birinci təklifində Laçın dəhlizinə eksterritorial statis verildi. Yəni ona Azərbaycana tabe olmayan bir dəhluz statusu verildi. Baxmayaraq ki, Laçin dəhlizi Ermənistanın bir hissəsi ilə digər hissəsini birləşdirmirdi. Bu, Azərbaycan ərazisində yaşayan ermənilərin Ermənistanla əlaqə saxlaması üçün nəzərdə tutulmuşdu. Ancaq ermənilər tələb edirdilər ki, bu dəhluz eksterritorial olsun. Bunu nəzərə alaraq Minsk qrupu 1997-ci ildə verdiyi birinci təklifdə həm Laçın dəhlizini, həm də Naxçıvandan Azərbaycanın əsas hissəsinə çəkiləcək yolu eyni statusda təklif edirdi. Yəni ermənilər hər iki yolun eksterritorial olmasını istəyirdi. Eksterritoriallığın da izahı bu cür verildi ki, hər iki yolda hərəkət azad və maneəsiz olmalıdır. 1998-ci ildə verilən təkliflərdə eyni məsələ yenidən təkrarlandı. Ancaq bu dəfə nəzərə aldılar ki, "azad" və "maneəsiz" ifadələri eyni mənanı ehtiva edir, ona görə də təklifdə yalnız "maneəsiz" ifadəsini saxladılar. Həm Laçın dəhluzində, həm də Naxçıvandan Azərbaycanın əsas hissəsini birləşdirəcək dəhluzdə "maneəsiz hərəkət təmin edilməlidir" tələbi rəsmiləşdi.

Məlumdur ku, sonra ermənilər Qarabağda qalmaq istəmədilər, dəfələrlə onların Azərbaycan cəmiyyətinə reintiqrasiyası təklif edildi, amma onlar getmək yolunu seçdilər. Bundan sonra Laçın dəhlizinin mənası itdi. Lakin 10 noyabr 2020-ci il sənədində Naxçıvandan Azərbaycanın əsas hissəsinə çəkilən yolun maneəsiz olduğu qeyd edilir. Yəni eksterritoriallığın əlaməti bu dəhluzdə qaldı. Əvvəllər ermənilər buna etiraz eləmirdilər. İndi isə keçmiş səfir deyir ki, bu yolda maneəsiz hərəkət ola bilməz. Bunu vaxtında onlar baş nazir Nikol Paşinyana başa salmalı idilər. Bu yolda maneəsiz hərəkət olmazsa, onda Paşinyan bu sənədə niyə qol çəkib, üzərinə öhdəlik götürüb?

Azərbaycan da 10 noyabr sənədinə istinadən deyir ki, Azərbaycan vətəndaşları Naxçıvandan ölkənin əsas hissəsinə gəldikdə və ya əksinə hərəkət etdikdə heç bur sərhədçi və gömrükçü ilə üzləşməməlidir. Amma çox təəssüf ki, ermənilər bu reallığı qəbul etmək istəmirlər". Bunu baki-xeber.com-a açıqlamasında politoloq Abutalıb Səmədov deyib.

Siyasi şərhçi sözünə davam edərək deyib ki, necə ildir Paşinyan da Azərbaycanı günahlandırırdı ki, biz dəhluz məntiqini qəbul etmirik: "Onlar dəhliz ifadəsini eşidən kimi düşünürdülər ki, bu mütləq eksterritoriallıqdır. Naxçıvandan Bakıya gələn kommunikasiyanın eksterritorial olması 10 noyabr sənədindəki “maneəsiz" ifadəsi ilə bağlıdir. Dünyada çoxsaylı dəhlizlər var, amma onlarda eksterritoriallıq yoxdur. Humanitar dəhluzlərdə də eksterritorialllıq mütləq deyil. Yəni “dəhliz" ifadəsi o qədər təhlükəli deyil ki, ondan kimsə bu qədər qorxsun. Ancaq şərtlərdə maneəsiz hərəkət yazılıbsa, bu mütləq eksterritoriallıqdır. Paşinyan deyəsən artıq bu fərqi öyrənə bilib. Çünki indi artıq "dəhliz məntiqi" ifadəsini işlətmir, həmvətənlərinə də izah edir ki, bu qorxulu söz deyil.

Amma İran buna etiraz edir. Rusiya da istəyir ki, 10 noyabr sənədində olduğu kimi Zəngəzur dəhluzinə nəzarət onun sərhədçiləri tərəfindən həyata keçirilsin. Ancaq Ermənistan yenə öz imzasının arxasında durmaq istəmir. Ortaya başqa variantlar çıxır, dəhluzin ABŞ-a icarəyə verilməsindən söhbət gedir, bunu Paşinyan da təsdiqlədi, birgə müəssisə yaratmaq barədə müzakirələr getdi və s. Bu işdə Azərbaycanın heç bir iddiası yoxdur. Bakı yalnız imzalanan sənədin icra olunmasıni tələb edir. Əgər 10 noyabr sənədi qəbul edilibsə və orada maneəsiz hərəkət nəzərdə tutulubsa, bu icra olunmalıdır. Yola kimin nəzarət edəcəyi Azərbaycan tərəfı üçün o qədər də maraqlı deyil. Bu, Ermənistan və onun tərəfdaşlarının həll edəcəyi məsələdir. Azərbaycanın Ermənistandan heç bir ərazi iddiası və ya ərazi təftişçiliyi yoxdur. Sadəcə olaraq, keçmiş və ya indiki məmurlar, siyasətçilər və s. özlərinə əziyyət verib heç nəyi öyrənmək istəmirlər. Bilmirlər ku, dəhluz nədir, dünyada dəhlizin xüsusi statusu varmı, yoxsa hər dəhluz barədə ayrıca razılaşma olur, bunları bilən yoxdur. Öyrənmək də istəmirlər.

Hesab edirəm ki, bu, Ermənistanın keçmiş səfirinin cahilliyindən doğan bir məqamdır. Bilmədiyi məsələlər barədə yazıb və təbiidir ki, bilmədiyi məsələ barədə danışdığına görə də pis vəziyyətə düşüb. Azərbaycan beynəlxalq hüququn və imzalanmış sənədlərin icra olunmasını tələb edir. Bizim heç bir ərazi iddiamız və tələbimiz yoxdur.

Azərbaycanın əsas hissəsindən Naxçıvana gedən dəhliz İrana heç bir problem yaratmır. İran özü-özünə belə bir problem uydurub. Hazırda İran sərhədində rus sərhədçiləri dayanır. İran bunu problem hesab etmir. Ancaq Zəngəzur dəhluzində rus sərhədçilərinin və ya ABŞ əsgərlərinin dayanmasını problem hesab edir. Rus əsgəri sərhəddə dayananda problem olmur, lakin sərhədin yanindan keçən dəhlizdə dayananda problem yaranır? Hesab edirəm ki, İran və Ermənistan rəsmiləri bu barədə müzakirə aparıb özləri üçün bunu müəyyənləşdirməlidirlər. Onlar anlamalıdırlar ki, Azərbaycanın tələbi beynəlxalq hüquqa və imzalanmış sənədlərə uyğundur.

Eyni zamanda xatırladırıq ki, onların ləğv etmək istəmədikləri Minsk qrupu Zəngəzur dəhluzini eksterritorial görmək istəyirdi. Bunun aydın mənası isə dəhluzdə maneəsiz hərəkətdir".

Akif NƏSİRLİ

Seçilən
11
baki-xeber.com

1Mənbələr