AZ

Əlahiddə Ümumqoşun Orduda buraxılış mərasimi keçirilib (VİDEO)

Bakı. Trend:

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) növbəti "Müddətdən artıq həqiqihərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"nun uğurla başaçatması münasibətilə buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, mərasimdə əvvəlcə xalqımızınÜmummilli Lideri Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, ərazibütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının əzizxatirəsi bir dəqiqəlik sükutla yad edilib. AzərbaycanRespublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər məzunlara Vətənə və hərbi anda sadiqolmağı, hərbçi şərəfini hər zaman uca tutmağı, bilik vəbacarıqlarını daim inkişaf etdirməyi tövsiyə edib, xidmətifəaliyyətlərində uğurlar arzulayıblar.

Məzunlar kurs müddətində qazandıqları bilik və praktikivərdişlərdən faydalanmaqla qarşıya qoyulan tapşırıqları vicdanlayerinə yetirəcəklərinə, Vətən torpaqlarını layiqincəqoruyacaqlarına söz veriblər.

Hərbi qulluqçulara sertifikatlar təqdim olunduqdan sonra kursbirincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.

Sonda hərbi orkestrin müşayiəti ilə şəxsi heyətin tribunaönündən təntənəli keçidi olub.

Seçilən
10
29
az.trend.az

10Mənbələr