AZ

Ekspert: Gürcüstan və Kipr qazandı, növbə Azərbaycandadır

 “Kazino vergiləri dövlət büdcəsinə güclü dəstək verə bilər”

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı fərmanla Xəzər dənizinin (gölünün) ölkəmizə mənsub bölməsində süni torpaq sahələrində kazino oyunlarının təşkili üçün lisenziyaların verilməsi səlahiyyəti Dövlət Turizm Agentliyinə həvalə olunub.Bu qərar oyun biznesinin tənzimlənməsi ilə yanaşı turizm strategiyasının yeni mərhələyə keçidi baxımından əhəmiyyətli bir dönüş nöqtəsidir.

Kazino sektorunun leqallaşdırılması və ciddi nəzarət altında məhdud formatda icazə verilməsi dövlətin iqtisadi və sosial siyasətində dəqiq və balanslaşdırılmış yanaşmanın göstəricisidir. Bu, ölkədə qeyri-neft sektorunun aparıcı sahəsi kimi deyil, daha çox “elit turizm”in bir komponenti kimi nəzərdə tutulur. Məqalədə bu yanaşmanın hüquqi, iqtisadi və sosial əsasları geniş təhlil olunur, beynəlxalq təcrübələr əsasında Azərbaycanın bu sahədə nə dərəcədə rasional və ehtiyatlı addımlar atdığı izah edilir.

Qeyd edək ki, kazinoların fəaliyyəti təkcə oyun sahəsi ilə məhdudlaşmır - bu sektor ətraf infrastrukturda da iqtisadi canlanma yaradır. Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus akvatoriyasında yerləşəcək süni torpaq sahələrində tikiləcək otellər, restoranlar, əyləncə mərkəzləri, nəqliyyat və tikinti obyektləri minlərlə yeni iş yerinin açılmasına səbəb olacaq. Bu isə əmək bazarına və xidmət sektoruna müsbət təsir göstərəcək.

Dövlətnəzarətialtındafəaliyyətgöstərənkazinosektoruillikyüzmilyonlarlamanatvergivəlisenziyaödənişləriiləbüdcəyəəhəmiyyətlitöhfəverəbilər. Lisenziyalaşmamexanizmivasitəsiləbusahədəşəffaflıqvəməsuliyyəttəminolunur.Qanunvericiliyə əsasən, kazino təşkilatçıları hüquqi şəxs qismində mənfəət vergisinə cəlb olunacaqlar. Hazırda Vergi Məcəlləsinə uyğun olaraq, mənfəət vergisi 20 %, fiziki şəxslərin gəlir vergisi isə 14 % təşkil edir. Lakin ekspertlər hesab edirlər ki, bu gəlirlər klassik əmək fəaliyyətindən fərqli olaraq riskə əsaslanan qazanc formasıdır və bu səbəbdən onlara daha yüksək - 30-40 % arası diferensial vergi dərəcələrinin tətbiqi məqsədəuyğun olardı. Bu yanaşma həm də sosial ədalət prinsipinə uyğun olaraq yüksək gəlirli şəxslərin dövlət büdcəsinə daha böyük töhfə verməsini təmin edə bilər.


Turizm eksperti Ceyhun Aşurov Sherg.az-a açıqlamasında  deyib ki, kazino biznesinin Azərbaycanda hüquqi çərçivəyə salınması həm ölkəyə xarici valyutanın daxil olmasına, həm də turizmin inkişafına mühüm təsir göstərə bilər. Onun fikrincə, dünyada elə ölkələr var ki, turizm strategiyasını məhz bu sahə üzərində qurub və bu istiqamətdə uğurlu nəticələr əldə edib:

“Elə ölkələr var ki, turizm siyasətini sırf kazino biznesi üzərində qurub. Dünyada xüsusi bir turist seqmenti mövcuddur ki, məhz kazino oyunlarında iştirak etmək üçün ilin müxtəlif fəsillərində bu xidmətin mövcud olduğu bölgələrə səfər edirlər. Bu baxımdan, kazino biznesi kifayət qədər gəlirli sahədir və ölkəyə vergi daxilolmalarını artırır.”

Ekspertin fikrincə, bu sahənin inkişafı ölkənin strateji maraqları baxımından məqsədəuyğun qərar ola bilər: 

“ Lakin bir sıra ölkələrdə kazinoların mənfi təsirləri səbəbilə bu fəaliyyətlərə qadağalar qoyulur. Digər ölkələr isə bu cür oyunları izolyasiya olunmuş ərazilərdə tətbiq etməyə çalışırlar ki, xüsusilə gəncləri bu oyunun mənfi təsirlərindən uzaq saxlasınlar.
C. Aşurov qeyd edib ki, yaxın coğrafiyalardan olan Gürcüstan və Kiprdə bu biznesin fəaliyyəti nəticəsində illik turist axını artmaqdadır: “Fikrimcə  Azərbaycanda kazinoların fəaliyyətinin leqallaşdırılması həm turizm potensialının genişlənməsinə, həm də ölkəyə əlavə gəlirlərin cəlb olunmasına səbəb olacaq.
Əsas məsələ ölkəyə və cəmiyyətə mümkün zərərli təsirlərin qarşısının alınmasıdır”.





Seçilən
43
sherg.az

1Mənbələr