AZ

Moskva yaxınlığında yanğın kabusu - Beşmərtəbəli binada bir nəfər həyatını itirdi

Moskva

Moskvaətrafı Balaşixa şəhərində yerləşən beşmərtəbəli yaşayış binasında baş verən güclü yanğın bir nəfərin həyatına son qoyub. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Moskva vilayəti üzrə mətbuat xidməti məlumat yayıb.Nazirliyin bildirdiyinə görə, alov binanın sonuncu mərtəbəsindəki mənzildə başlayaraq dam örtüyünə keçib. FHN-in məlumatına əsasən, yanğın ümumilikdə 400 kvadratmetr sahəni əhatə edib."Yanğın Balaşixa şəhəri, Flerova küçəsi, 2-ci ünvanda yerləşən çoxmənzilli yaşayış binasının sonuncu mərtəbəsində başlayaraq dam örtüyünə yayılıb. Ümumi yanğın sahəsi 400 kv.m təşkil edir", — deyə məlumatda qeyd olunub.Hadisə yerinə cəlb olunan xilasedicilər tərəfindən iki nəfər xilas edilib, 90 sakin – o cümlədən 10 uşaq binadan təxliyə olunub. Xəsarət alanlar barədə əlavə məlumat verilməyib.Zərərçəkmiş sakinlər üçün yaxınlıqdakı məktəbdə müvəqqəti yerləşdirmə məntəqəsi yaradılıb. Hazırda ərazidə 90 mütəxəssis və 28 texnika alovun qarşısını almaq üçün fəaliyyət göstərir.Ulusum.az

Diqqət Çəkənlər

Trampdan Epşteyn etirafı: “Gənc qızlarımızı oğurlayırdı, qovdum!”

İran ABŞ-dan haqq-hesab soruşur: Zərərin əvəzini ödəyin

Azərbaycanlı idmançı faciəvi şəkildə həyatını itirdi

Seçilən
9
ulusum.az

1Mənbələr