AZ

Klubun “qapı”sı sabiq vingerinin üzünə bağlıdır

“Yuventus” yay transfer pəncərəsi bağlanmadan sabiq futbolçusu Federiko Kyezanı yenidən heyətinə qatmağı planlaşdırmır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda “Liverpul”un formasını geyinən 27 yaşlı vinger İngiltərədə keçirdiyi bir ildən sonra A Seriyasına geri dönmək istəyir.

Ancaq tez-tez zədələrlə üzləşməsi səbəbindən İtaliya klubları onun transferinə ehtiyatla yanaşırlar.

“Yuventus” hücum xəttinin gücləndirilməsinə ehtiyac duysa da, Kyezanı transfer siyahısından çıxarıb və daha çox “Mançester Yunayted”in futbolçusu Ceydon Sançonu heyətinə qatmaqda maraqlıdır.

İtaliyalı oyunçu ötən ilin avqustunda “Yuventus”dan ayrılaraq 12 milyon avroya “Liverpul”a transfer olunmuşdu. O, 2021-ci ildə İtaliya millisi ilə Avropa çempionu adını qazanıb.

Seçilən
24
sportinfo.az

1Mənbələr