İranın qərbində yerləşən və kritik ekoloji durumu ilə gündəmdə olan Urmu gölü ilə bağlı narahatlıqlar artmaqdadır.
News24.az "Mehr News" agentliyinə istinadən xəbər verir ki, Urmiya şəhərini İran parlamentində təmsil edən millət vəkili Salman Zakir parlamentin son plenar iclasında çıxış edərək gölün vəziyyətinin fəlakət səviyyəsinə çatdığını bildirib.
Millət vəkili gölün bərpasının artıq “milli tələb və ictimai vəzifə” olduğunu vurğulayıb.
“Ətraf mühitin qorunması hər bir vətəndaşın məsuliyyətidir. Urmu gölünün quruması geri dönüşü mümkün olmayan maddi və insani fəlakətlərə səbəb ola bilər”, – deyə Salman Zakir bildirib.
Məlumata görə, hazırda Urmu gölündə cəmi 1 milyard kubmetr su qalıb. Bu isə gölün kritik həddə çatdığını göstərir. Əgər su səviyyəsindəki azalma bu templə davam edərsə, yay mövsümünün sonuna qədər gölün tamamilə quruması ehtimal edilir.
Aqil Qarayev