"Çelsi" heyətinə yeni futbolçu cəlb edib. 

Offsideplus.az xəbər verir ki, Cesse Derri "zadəganlar"a transfer olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Gənc futbolçu "Kristal Pelas" ilə vidalaşaraq, "Çelsi" ilə anlaşıb.

Müqavilənin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, 18 yaşlı vinger İngiltərə U-19 milli komandasının üzvüdür.