AZ

Masallının yollarında təmir işləri davam etdirilir - 15-31 iyul 2025 » AzadMedia.az


Masallı rayonunda əhalinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə bir sıra küçə və kənddaxili yollarda infrastrukturun yenilənməsi istiqamətində təmir-bərpa işləri aparılmışdır.

Belə ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bədəlan ərazisinin Çayqıraq kəndində 4.5 km məsafədə asfalt örtüyünün döşənməsi üçün hazırlıq işlərinə başlanılmışdır. 47 saylı Yol İstismarı MMC tərəfindən Miyanku kəndinin mərkəzi yolunda təmir işləri aparılmışdır. Xeyriyyəçilər tərəfindən Böyük Kolatan ərazisinin Bağıroba kəndində 130 metr məsafədə kənddaxili küçəyə asfalt qırıntısı və Təklə ərazisinin Sığıncaq kəndində 150 metr məsafədə kənddaxili küçəyə çınqıl döşənmişdir.

Banbaşı kəndində 250 metr və Türkoba ərazisinin Şatıroba kəndində 180 metr məsafədə yol qreyderlə hamarlanmışdır. Bədəlan ərazisinin Çayqıraq kəndində asfalt örtüyünün döşənməsi ilə əlaqədar maneə yaradan körpü sökülmüşdür. Böyük Kolatan ərazisində bələdiyyə tərəfindən Kolatan-Xanalıyan yolu zəbtdən azad olunmuş və qreyderlə hamarlanmışdır.
Seçilən
26
1
azadmedia.az

2Mənbələr