AZ

Bakıda nənə qəzada öldü, nəvəsi cəza aldı

Bakıda 70 yaşlı qadının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsində təsirləndirilən Sərxan Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az-ın məlumatına görə, Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə S.Rüstəmov iki il nəqliyyat vasitələrini idarə etmək hüququndan və 4 il azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Xatırladaq ki, hadisə paytaxtın Xəzər rayonu, Qala qəsəbəsində baş verib. pizza sifarişi

"Mercedes Vito" mikroavtobusu dəmir yolu xətti ilə hərəkətdə olan qatarla toqquşub. Hadisə nəticəsində mikroavtobusun sürücüsü 2001-ci il təvəllüdlü Sərxan Taleh oğlu Rüstəmov və nənəsi, 1954-cü il təvəllüdlü Püstəxanım Baba qızı Məmmədova ağır xəsarətlər alıblar. Onlar xəstəxanaya çatdırılsalar da, P.Məmmədovanın həyatını xilas etmək mümkün olmayıb.


Telegram kanalımız
Seçilən
17
2
yenisabah.az

3Mənbələr