Rusiyanın Ukraynanın paytaxtı Kiyevə hava zərbələri nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.
APA-nın xəbərinə görə, bu barədə “Telegram”-da paylaşımında Kiyev şəhərinin meri Vitali Kliçko bildirib.
Ölənlərin 1-i uşaqdır.
***
saat 16.10
Rusiyanın Ukraynanın paytaxtı Kiyevə hava zərbələri nəticəsində yaralananların sayı 135 nəfərə çatıb, onların arasında 12 azyaşlının olduğu açıqlanıb.
APA Ukrayna mediasına istinadən xəbər verir ki, hazırda 30 nəfərin xəstəxanalarda müalicəsi davam edir.
Həmin zərərçəkənlərdən 5-i uşaqdır.
97 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.
***
14:43
Rusiyanın Ukraynanın paytaxtı Kiyevə hava zərbələri nəticəsində həlak olanların sayı artıb.
APA Ukrayna mediasına istinadən xəbər verir ki, Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko rusların hücumu nəticəsində 124 nəfərin yaralandığını, 8 nəfərin həlak olduğunu açıqlayıb.
Ölənlərdən 1-i, yaralananlardan isə 10-u uşaqdır.
“Yaralılara lazımi yardım göstərilir. Xilasetmə əməliyyatı davam edir", - deyə Tkaçenko bildirib.
***
11.41
Rusiyanın ötən gecə Kiyevə pilotsuz uçuş aparatı (PUA) ilə həyata keçirdiyi hücum nəticəsində yaralananların sayı 82 nəfərə çatıb.
APA UNIAN-a istinadən xəbər verir ki, bunu Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko deyib.
O bildirib ki, yaralıların 44 nəfəri xəstəxanaya yerləşdirilib.
Xəsarət alanlar arasında 10 azyaşlı da var ki, onlardan beşinin müalicəsi stasionar şəraitdə davam etdirilir.
Açıqlamada həmçinin, ən azyaşlı yaralının 5 aylıq uşaq olduğu qeyd edilib.
***
10:02
Rusiya ordusunun PUA atəşinə tutması nəticəsində Kiyevdə ölən və yaralananların sayı artıb.
APA Ukrayna mediasına istinadən xəbər verir ki, hücum zamanı yaşayış binaları hədəfə alınıb, 6 mülki şəxs ölüb, 50 nəfərdən çoxu isə yaralanıb.
Ölənlərdən 1-i, yarlananlardan isə 9-u azyaşlıdır.
***
08:05
Rusiya ordusunun PUA atəşinə tutması nəticəsində Kiyevdə bir nəfər ölüb, 43 nəfər isə xəsarət alıb ki, onlardan 26 nəfəri xəstəxanaya yerləşdirilib.
APA xəbər verir ki, bunu Kiyevin meri Vitali Kliçko bildirib.
Kliçko xəstəxanaya yerləşdirilən yaralıların vəziyyəti ilə bağlı heç bir məlumat verməyib.
***
07:14
Rusiya ordusu Ukraynanın müxtəlif şəhərlərini dron atəşinə tutub.
APA xəbər verir ki, bununla bağlı məlumatı Ukrayna ordusunun Hərbi Hava Qüvvələri yayıb.
Məlumata görə Ukraynanın müxtəlif bölgələrində Rusiya ordusuna məxsus pilotsuz təyyarələr qeydə alınır.
Paytaxt Kiyevdə PUA hücumu nəticəsində artıq 8 nəfərin yaralandığı bildirilir ki, onlardan da ikisi uşaqdır. Bunu Kiyev Şəhər Hərbi İdarəsinin rəhbəri Timur Tkaçenko bildirib.
Bundan başqa Kiyevin Solomenski, Svyatoşinski, Svyatoşinski rayonlarında dağıntılar və yanğınlar qeydə alınıb.