AZ

“Gold Plant” şirkətinə 1840 manat maliyyə sanksiyası hesablanıb

“Gold Plant” MMC-də səyyar vergi yoxlaması həyata keçirilib.

Valyuta.az xəbər verir ki, yoxlamanın nəticəsi olaraq şirkətə 2081,37 manat əlavə vergi, 1840,69 manat isə maliyyə sanksiyası hesablanıb.

“Gold Plant” şirkəti 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Vəliyev Səmral Eldəniz oğludur.

Şirkətin hazırda 131 028,45 manat vergi borcu var.

Hüseyn

Seçilən
8
valyuta.az

1Mənbələr