Rusiya Prezidenti Vladimir Putin Moskva vilayətində yerləşən “Krokus Siti Holl” konsert zalında törədilən terror aktı zamanı həyatını itirən azərbaycanlı Vüqar Hüseynovu ölümündən sonra “İgidlik” ordeni ilə təltif edib.
KONKRET.az xəbər verir ki, Vüqar Hüseynov terror hücumu zamanı yaxınlıqda olan qadınları qorumaq üçün canını sipər edib və terrorçuların açdığı atəşin qarşısını alaraq onların həyatını xilas edib. O, bu igid hərəkəti ilə öz canı bahasına başqalarının həyatını xilas edib.
Natiq Səlim,
KONKRET.az