AZ

Ukraynanın paytaxtı Kiyevdə matəm elan olunub

Ukraynanın paytaxtı Kiyevdə iyulun 30-dan 31-nə keçən gecə Rusiya tərəfindən həyata keçirilən kütləvi raket və dron hücumlarının qurbanlarının xatirəsinə 1 avqust 2025-ci il tarixində matəm günü elan edilib. Bu barədə şəhər meri Vitali Kliçko məlumat verib.

Məlumata görə, hava hücumları nəticəsində azı 11 nəfər həlak olub, onlarla insan isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hücum zamanı 300-dən çox “Shahed” kamikadze dronu və “İskəndər-K” tipli raketlər istifadə olunub. Bir neçə yaşayış binası və mülki infrastruktur obyektinə zərbələr dəyib.

Matəm günü ilə əlaqədar olaraq:

Şəhər daxilində bütün dövlət və bələdiyyə binalarında bayraqlar endirilib;

Əyləncə xarakterli tədbirlərin keçirilməsi qadağan olunub;

Şəhər rəhbərliyi vətəndaşları həlak olanların xatirəsini anmağa və həmrəylik göstərməyə çağırıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
20
editor.az

1Mənbələr