AZ

Türkiyəli nazir: BTQ-nin istismara verilməsində mühüm addımlar atılıb

TBİLİSİ, 31 iyul. TELEQRAF

“Bakı-Tbilisi-Qars layihəsi yalnız Gürcüstan üçün deyil, Azərbaycan və Türkiyə üçün də böyük əhəmiyyət kəsb edir”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ilə görüşdən sonra deyib.

Onun sözlərinə görə, görüşdə nəqliyyat sahəsinə böyük diqqət ayırılıb.

“Biz Gürcüstan hökumətinin reallaşdırdığı mühüm infrasturktur layihələrini də müzakirə etdik. Həmin layihələr Orta Dəhlizin inkişafına, həm də Gürcüstanın tranzit funksiyasının güclənməsinə töhfə verəcək. Söhbət zamanı Anaklia dərin dəniz limanının davam etdirilən tikintisi və avtomobil yollarının inşası da müzakirə olunub”, - nazir söyləyib.

M. Kvrivişvili, həmçinin qeyd edib ki, Gürcüstan tərəfi “Turkish Airlines” aviaşirkəti ilə Ankara və Tbilisi arasında birbaşa reyslərin açılması ilə bağlı danışıqlar aparır.

A.Uraloğlu öz növbəsində görüşdə geniş spektrli məsələlərin müzakirə olunduğunu bildirib.

“Biz xüsəsn nəqliyyat istiqamətini – yolüstü, dəmir yolu və dəniz nəqliyyatı sahələri üzrə müzakirələr apardıq. Xüsusi diqqəti Bakı-Tbilisi-Qars dəmir yoluna yönəltdik, çünki xəttin istismara verilməsi istiqamətində mühüm addımlar atmışıq. Görüşümüz çox məhsuldar oldu və ümid edirəm ki, ölkələrimiz arasında əməkdaşlıq bundan sonra daha da dərinləşəcək”, - nazir deyib.

Seçilən
9
teleqraf.com

1Mənbələr