BAKI, 31 iyul. TELEQRAF
“Ermənistanda kilsələrdə bütün ermənilərin katolikosu II Qareginin əmri ilə Nikol Paşinyan hökuməti lənətlənir”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Armen Xaçaturyan deyib.
Siyasətçi II Qareginin vəzifədə qalmasının qanunsuz olduğunu bildirib:
“Ktriç Nersisyan (II Qaregin) patriarxın kreslosunu tutaraq kilsə nizamnaməsini pozub. Əgər biz buna dözsək, deməli, digər sahələrdəki qanun pozuntularına və qanunsuzluqlara da dözməliyik”.
Ruhanilərin söyüşləri və dövlət əleyhinə təbliğatı, Xaçaturyanın sözlərinə görə, yeni deyil:
“Bizə dəfələrlə xəbərdarlıq edilib ki, bölgələrdə kilsə ayinləri və vəftiz zamanı keşişlər hökuməti söyürlər, təhqir edirlər və ya siyasi təbliğat aparırlar. Əlbəttə, bütün bunları katolikosun özü təşkil edir”.