AZ

"Qalatasaray" Edersonun transferini bu tarixdə bitirməyi planlayır

Türkiyə Super Liqasının nəhənglərindən olan "Qalatasaray" Edersonun keçidini yaxın vaxtlarda rəsmiləşdirməyə hazırlaşır.

Fanat.Az xəbər verir ki, klub rəhbərliyi futbolçunun imza mərasimini şənbə günü “Latsio” ilə keçiriləcək görüşdən əvvəl keçirmək niyyətindədir.

Bu barədə məlumatı "Fotomaç" yayıb.

Sözügedən oyunçunun rəsmi təqdimatı isə nigeriyalı hücumçu Viktor Osimhenin imza mərasimi zamanı təşkil olunacaq. Bu, klub üçün iki böyük transferi azarkeşlərə eyni vaxtda təqdim etmək baxımından əhəmiyyətlidir.

Qeyd edək ki, futbolçunun təqdimatı və imza mərasimi sosial mediada canlı yayımla izləyicilərə çatdırılacaq.

Kamil Xudiyev

Seçilən
14
fanat.az

1Mənbələr