AZ

“Erkən Nikaha Qarşı Sosial Platforma” layihəsi çərçivəsində Masallı rayonunda layihənin ikinci təlimi keçirilib - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Könüldə Nur” Kimsəsizlərin və Xüsusi Qayğıya Ehtiyacı Olanların Sosial İnkişafına Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən “Erkən Nikaha Qarşı Sosial Platforma” layihəsi çərçivəsində 22 iyun 2025-ci il tarixində Masallı rayonunda layihənin ikinci təlimi keçirilib.

QHT.az xəbər verir ki, təlimdə yerli icra strukturlarının nümayəndələri, psixoloqlar, müəllimlər və sahə üzrə ekspertlər iştirak ediblər. Tədbirin açılışında İctimai Birliyin sədri Könül Qasımova layihənin əsas məqsədinin erkən nikah hallarının qarşısının alınması, bu sahədə maarifləndirmə işlərinin gücləndirilməsi və zərərçəkmiş şəxslərə dəstək göstərilməsi olduğunu bildirib. O, rəhbərlik etdiyi “Sevgi Evi Qadın və Uşaq Sığınacağı”nda reabilitasiya prosesi keçən qadınlara göstərilən psixoloji və sosial dəstək xidmətləri barədə də məlumat verib.

Təlimçi Şəlalə Ağayeva iştirakçıların suallarını cavablandıraraq erkən nikahın səbəbləri, fəsadları və onunla mübarizə yolları haqqında ətraflı danışıb. Tədbirin sonunda iştirakçılara maarifləndirici bukletlər təqdim olunub.

Təlim dialoq və qarşılıqlı fikir mübadiləsi formatında keçib və iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Seçilən
26
1
qht.az

2Mənbələr