Güclü yağışdan sonra Gədəbəyə dolu yağıb.
"Unikal"ın məlumatıma görə, bu gün saat 18 radələrində güclü yağışdan sonra rayonun Saratovka və başqa bir neçə kəndinə dolu düşüb. Dolunun yağması təxminən 10 dəqiqə davam edib.
Dolu rayonda ciddi fəsad törətməyib.
Qeyd edək ki, hazırda qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.
Tural Əhmədov