AZ

Ermənistan prezidenti Laçınla qonşu kəndlərdəki ermənilərə "sülh olacaq" dedi...-VİDEO

Ermənistan prezidenti Vaaqn Xaçaturyan bu gün Sünik(Zəngəzur) vilayətinə səfəri çərçivəsində və Azərbaycan Respublikasının Laçın rayonu ilə həmsərhəd- qonşu ərazidə yerləşən Xınzirək, Dığ, Gorunzur kəndlərində olub, sakinlərlə söhbət edib, müxtəlif problemlərin həlli istiqamətində son vaxtlar həyata keçirilən proqramlarla maraqlanıb, qaldırılan sualları cavablandırıb.
 
Moderator.az xəbər verir ki,  bu haqda news.am məlumat yayıb.
 
V. Xaçaturyanın sakinlərlə söhbəti zamanı bir qadın kəndin bütün küçələrinin asfaltlanmadığından gileylənib. Gorus meri Aruş Aruşanyan cavab verib ki, qubernator və nazirin dəstəyi ilə subsidiya proqramları vasitəsilə həmin küçələrə də asfalt döşənməlidir.
 
Digər bir qadın isə Ermənistan prezidenti ilə səhbət zamanı vurğulayıb ki, ən əsası sülh olmasıdır.  V.Xaçaturyan buna belə cavab verib: “Sülh olacaq, olacaq, biz bununla məşğuluq”.

 

S.Laçın
Seçilən
30
moderator.az

1Mənbələr