AZ

Bizə tanış adam “Araz”ın yükünü necə qaldıracaq?

“Araz-Naxçıvan”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Aris”lə keçirəcəyi oyunların hakimləri məlumdur.

Sportinfo.az xəbər verir ki, qarşılaşmanı Şottlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim David Dikinson olacaq. Ona yan xətlərdə həmyerliləri Fransis Konnorla Conatan Bell kömək edəcək. Dördüncü hakim funksiyasını Rayan Li yerinə yettirəcək.

45 yaşlı Dikinson böyük futbolda gec yaşlarında görünməyə başlayıb. 2021-ci ildə Şotlandiyanın yüksək dəstə oyunlarına təyinat alıb, bundan 2 il sonra yaxasına FİFA-nın emblemini bərkidib.

O, geridə qalan 2 ildə avrokuboklarda cəmi 7 matçda iş başında olub. Milli komandalar səviyyəsində isə 9 qarşılaşmada fit çalıb.

Maraqlıdır ki, bunlardan 2-si Azərbaycan millisinin oyunlarına təsadüf edib.

Ötən ilin noyabrında U-19 yığmaları arasında keçirilən AVRO-19-un seçmə mərhələsi çərçivəsində Moldovanın Zimbru şəhərində təşkil olunan iki görüşü məhz şotlandiyalı referi idarə edib.

Noyabrın 13-də seçməmiz İslandiyadan olan həmyaşıdlarına 0:2 hesabı ilə uduzub. 6 gün sonra keçirilən Moldova – Azərbaycan dueli 2:2 hesabı ilə başa çatıb.

Beynəlxalq oyun təcrübəsi zəngin olmayan birinin bu cür gərgin qarşılaşmanın öhdəsindən necə və hansı dərəcədə gələcəyi sual doğurmaya bilməz.

Bu axşam Saloniki şəhərindəki “Kleantis Vikelidis” stadionunda baş tutacaq oyun Bakı vaxtı ilə saat 22:15-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
14
sportinfo.az

1Mənbələr