AZ

"Fənərbaxça"dan sürpriz transfer -

"Fənərbaxça" "Real Madrid"in futbolçusunu transfer etmək üçün hərəkətə keçib. Metbuat.az xəbər verir ki, Türkiyə klubu Brahim Diasın xidmətində maraqlıdır. "NTV Spor"da dərc edilən xəbərə görə, "Fənərbaxça"nın futbolçu ilə danışıqlar apardığı iddia edilir.

Qeyd edək ki, Brahim Dias "Real"da Arda Gülerlə forma uğrunda rəqabət aparır. Futbolçu "Real Madrid"in heyətində 121 oyunda 20 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
7
metbuat.az

1Mənbələr