AZ

“Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırdı

2025/26 mövsümü üçün heyət çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb. 

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

“Kimyaçılar” beninli cinah müdafiəçisi Abdul Raşid Mumini ilə 3 illik sözləşmə imzalayıb. 20 yaşlı oyunçu “Sumqayıt” FK-da “25” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, “Sumqayıt” heyətini buna qədər Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli, Aleksandr Ramalinqom, Rayan Senhadji, Rüstəm Əhmədzadə və Nikola Ninkoviçlə gücləndirib.

Seçilən
13
16
idmanxeber.az

10Mənbələr