Macarıstan İsraillə sülh razılaşması əldə olunmayana qədər Fələstini tanımağı planlaşdırmır.
Xalqcebhesi.az TASS-a istinadən xəbər verir ki, bunu Macarıstanın baş nazirinin aparatının rəhbəri Qergeli Qulyas bildirib.
Budapeştin imtinası bir sıra Qərb ölkələrinin Fələstin dövlətini birtərəfli qaydada tanımaq niyyətindən sonra baş verib. Gülyas vurğulayıb ki, Macarıstan hökumətinin fikrincə, Yaxın Şərqdə münaqişənin tərəfləri olan Fələstin və İsrail iki dövlətin dinc yanaşı yaşaması məsələsində razılığa gəlməlidir.
Məryəm Quliyeva