“Abituriyent” jurnalının 4 saylı buraxılışı avqustun 11-dək nəşr olunacaq. Bunu Metbuat.az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə bildirib. O qeyd edib ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi bütün ixtisas qrupları üzrə avqustun 11-dən 19-dək olan müddətdə aparılacaq. “Müsabiqə iştirakçılarının nəzərinə çatdırırıq ki, “Abituriyent” jurnalının növbəti buraxılışı, həmçinin “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” kitabçaları seçim başlanana qədər nəşr olunacaq”, - deyə X.Xanlarzadə qeyd edib. Sevinc İbrahimzadə / Metbuat.az