“Əgər 8 avqusta qədər Kiyev və Moskva arasında razılaşma əldə olunmasa ABŞ əlavə tədbirlər görəcək”.
Bizim.Media xəbər verir ki, bunu yüksək rütbəli amerikalı diplomat Con Kelli BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı bildirib.
“Həm Rusiya, həm də Ukrayna atəşkəs və davamlı sülh barədə razılığa gəlməlidirlər. Razılaşma imzalamağın vaxtı çatıb. ABŞ Prezidenti Tramp açıq şəkildə bildirib ki, bu, 8 avqusta qədər baş verməlidir.
ABŞ sülhün təmin olunması üçün əlavə tədbirlər görməyə hazırdır,” – deyə Kelli qeyd edib.
Bizim.Media