AZ

"Microsoft" bazar dəyərində tarixi həddi keçir

"Microsoft" ilk dəfə bazar dəyərində 4 trilyon dollar həddini keçməyə hazırlaşır. Şirkətin son maliyyə göstəriciləri və "Azure bulud" xidmətlərinin sürətli inkişafı bu uğura təkan verib.Metbuat.az xarici KİV-nə istinad'n xəbər verir ki, cari maliyyə ilin birinci rübü üçün "Microsoft" rekord səviyyədə - 30 milyard dollar kapital xərcləri proqnozlaşdırıb. Şirkətin səhmləri bu xəbərdən sonra 8.5% artaraq 557 dollar səviyyəsinə yüksəlib və bazar dəyəri 4.14 trilyon dollara çatıb. "Microsoft "2019-cu ildə ilk dəfə 1 trilyon dollar dəyərinə çatmış, süni intellekt sahəsində "OpenAI" ilə strateji əməkdaşlıq isə şirkətin bazar dəyərinin sürətlə artmasına səbəb olub. "Azure bulud" biznesi artıq şirkətin ən böyük gəlir mənbəyinə çevrilib.

Qeyd edək ki, texnologiya nəhəngi "Nvidia" da iyulun əvvəlində 4 trilyon dollar bazar dəyərinə çatan ilk şirkət olub.

Seçilən
13
metbuat.az

1Mənbələr