Sabunçu rayonunun bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılacaq
Sabunçu rayonu ərazisindəki qaz kəməri üzərində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar 01.08.2025-ci il tarixdə saat 10:00-dan etibarən "Yeni Zabrat" ölçü qovşağında qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir işləri aparılan müddətdə Sabunçu rayonunun II Zabrat qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.