AZ

Gədəbəyə dolu düşüb

Güclü yağışdan sonra Gədəbəyə dolu yağıb.

Operativ Media xəbər verir ki, bu gün saat 18 radələrində güclü yağışdan sonra rayonun Saratovka  və başqa bir neçə kəndinə dolu düşüb.

Dolunun yağması təxminən 10 dəqiqə davam edib.

Dolu rayonda ciddi fəsad törətməyib.

Qeyd edək ki, hazırda qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.

Seçilən
32
7
operativmedia.az

10Mənbələr