Pakistan hakimiyyəti qaya uçqunu nəticəsində ölən 31 yaşlı alman biatlonçu və olimpiya çempionu Laura Dahlmeierin son arzusunu yerinə yetirmək qərarına gəlib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, yerli hakimiyyət onun meyitini təxliyə etməyəcək.
Məlum olub ki, Dahlmeier özü vəsiyyətində öləcəyi təqdirdə meyitinin dağlarda qalmasını xahiş edib.
Xatırladaq ki, idmançı Pakistanda dağ zirvəsinə qalxan zaman qaya uçqunu altında qalıb. Dahlmeier biatlon tarixində ən çox medal qazanan idmançılardan biridir. Ümumilikdə onun yeddi dünya çempionu titulları var. 2018 Olimpiya Oyunlarında o, sprint və təqibdə iki qızıl medal qazanıb.