AZ

Saç əkdirmə əməliyyatından sonra öldü


İngiltərəli 38 yaşlı Martyn James Latchman saç əkimi əməliyyatı üçün İstanbula gedib. O, Beşiktaşda yerləşən özəl bir klinika ilə anlaşaraq 28 iyul tarixində prosedurdan keçib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, təxminən beş saat davam edən əməliyyatdan bir müddət sonra Latchmanın halı qəfil pisləşib və o, yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Reanimasiya şöbəsinə yerləşdirilən britaniyalı pasiyentin həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin səylərinə baxmayaraq, Latchman vəfat edib.

Hadisə ilə bağlı “ehtiyatsızlıqdan adam öldürmə” ittihamı ilə istintaqa başlanılıb. Mərhumun cənazəsi müayinə üçün İstanbul Adli Tibb Qurumu­na aparılıb.  Tibbi ekspertiza prosedurlarından sonra Martyn James Latchmanın cənazəsinin vətəni İngiltərəyə göndərildiyi bildirilib.


Seçilən
73
3
news24.az

5Mənbələr