AZ

ABŞ-ın sabiq prezidenti Bayden haradadır və necə yaşayır?

  ABŞ-ın keçmiş prezidenti Co Bayden vəzifəsini tərk edəndən sonra təvazökar həyat tərzi sürməyə başlayıb.

Referans xəbər verir ki, bu barədə “Politico” məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Bayden lüks həyat tərzindən qaçır.

“Onun bir və ya iki köməkçisi, kiçik məxfi xidmət agentləri var. Bayden tez-tez kommersiya uçuşlarını həyata keçirir. Küçədə yoldan keçənlər Baydeni tanıyıb əlini sıxsalar da, onun keçmiş müşavirləri sabiq prezidentin koqnitiv pozğunluğunu və sağlamlıq problemlərini gizlətmək cəhdlərindən danışırlar”, – mənbə vurğulayıb.

Xatırladaq ki, seçki debatlarında qarışıq çıxışından sonra Bayden namizədliyini vitse-prezident Kamala Harrisin xeyrinə geri götürüb.  

Seçilən
23
referans.az

1Mənbələr