AZ

Euronews: Şuşa Qlobal Media Forumu süni intellektin jurnalistikaya təsirini müzakirə edib

Şuşa Qlobal Media Forumu süni intellektin jurnalistikaya təsirini müzakirə edib.

Operativ Media xəbər verir ki, Euronews portalında Şuşa Qlobal Media Forumu ilə bağlı analitik məqalə dərc edilib.

Məqalədə qeyd olunur ki, 52 ölkədən 140-dan çox nümayəndənin iştirakı ilə keçirilən III Şuşa Qlobal Media Forumu süni intellektin jurnalistikaya təsiri mövzusunu gündəmə gətirib.

Forumda dezinformasiya ilə mübarizə, məsuliyyətli süni intellektin inkişafı, media savadlılığının gücləndirilməsi və beynəlxalq əməkdaşlığın əhəmiyyəti müzakirə olunub.

Çıxış edən beynəlxalq media, texnologiya və akademik qurumların nümayəndələri süni intellekt çağırışları fonunda media mühitində etik prinsiplərə və sərhədlərarası əməkdaşlığa çağırış ediblər.

Yazıda həmçinin qeyd olunur ki, tədbir Azərbaycanın media sahəsində qlobal trendlərə uyğunlaşmaq və beynəlxalq informasiya məkanında mövqeyini gücləndirmək istiqamətində apardığı siyasətin göstəricisidir.

Seçilən
6
operativmedia.az

1Mənbələr