AZ

Rusiya Kiyevə yenə dron və raketlərləzərbələr endirdi:BU DƏFƏ DƏ ÖLƏNLƏR VƏ YARALANANLAR VAR

İyulun 31-nə keçən gecə Rusiya ordusu raketlər və kamikadze pilotsuz uçuş aparatlarından istifadə etməklə Kiyevə növbət dəfə hücum hücum edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Rusiya qoşunlarının əsas hədəfi paytaxtın mülki infrastrukturu, xüsusən də yaşayış məntəqələrində yerləşən çoxmərtəbəli binalar olub.

 

Svyatoşinski, Solomenski, Qoloseyevski və Şevçenkovski rayonları daha böyük dağıntılara məruz qalıblar.

 

Svyatoşinski rayonunda raketin birbaşa zərbəsi çoxmərtəbəli binanın girişini tamamilə dağıdıb. Dağıntı yerində xilasedicilər, həkimlər və bütün müvafiq xidmətlər işləyir. Dağıntılar altından hələ də zərərçəkənlər çıxarılır.

 

İndiyə olan məlumata görə, kütləvi hücumları nəticəsində azı 6 nəfər həlak olub, 50 nəfərdən çox xəsarət alanlar var. 

 

Hücum nəticəsində 100-dən çox obyektə, yaşayış binaları ilə yanaşı, təhsil ocaqlarına, xəstəxanalara, uşaq bağçalarına və universitetə də ziyan dəydiyi bildirilir.

Seçilən
7
senzor.az

1Mənbələr