AZ

İlk siqaret insanın nə qədər yaşayacağını göstərir



Siqaretə neçə yaşında başlanması və ilk siqareti çəkdiyi vaxt insanın uzun və ya qısa ömürlü olmasını göstərə bilər.


“Medicina” xəbər verir ki, alimlərin tapıntılarını tibb elmləri namizədi, cərrah və onkoloq Mark Qadziyan şərh edib.


"10yaşından əvvəl ilk dəfə siqaret çəkənlər üçün – dünyada belə insanlar çoxdur,siqaret çəkməyənlərə nisbətən xərçəngdən ölmək riski 4 dəfə çoxdur.21 və daha yuxarı yaşda siqaret çəkməyə başlayanlar üçün risk təxminən 2,5 dəfə artıb”.


Mütəxəssislər 400 mindən çox insanın məlumatlarını öyrəniblər. Təxminən 18 il davam edən müddətdə 10 014 nəfər xərçəng xəstəliyindən dünyasını dəyişib. Bütün halları nəzərə alan alimlər siqaret çəkənlərin ömrünün uzunluğu və xərçəngə tutulma riskinin ilk siqaretçəkmə yaşı ilə bağlı olduğunu bildiriblər.


Eyni zamanda, tədqiqat 15-34 yaş arasında siqareti buraxanların bu riskdən kənarda olduğunu göstərdi. Hətta uzun müddət siqaret çəkən 55-66 yaşlı insanlar, siqareti dərhal dayandırmaqla riski azaldır.Onların riski 1,88 dəfə yüksək olaraq qaldı.


Aygün Musayeva


Seçilən
22
2
medicina.az

3Mənbələr