AZ

“Nottingem Forest” Dan Ndoye ilə gücləndi

“Nottingem Forest” 24 yaşlı isveçrəli sağ cinah hücumçusu Dan Ndoyeni “Bolonya”dan tamhüquqlu əsasda satın alıb.

Arena.az bu barədə “Nottingem Forest”in rəsmi saytına istinadən məlumat verir.

Tərəflər 5 illik – müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Keçid “meşəçilər”ə 42 milyon avro məbləğ müqabilində başa gəlib.

Dan Ndoye “Lozanna”nın məzunudur. Hücumçu, karyerası ərzində həmçinin “Nitsa”, “Bazel” və “Bolonya”da çıxış edib.

Geridə qalmış mövsümdə Ndoye “Bolonya” üçün 41 oyuna 9 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.

Dan Ndoye 2022-ci ilin sentyabr ayında debüt etdiyi İsveçrə yığmasının heyətində 22 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə verib.

Dan Ndoye “Bolonya” ilə İtaliya Kubokunun (2024/2025) qalibi olub.

“Transfermarkt” internet-portalı 24 yaşlı isveçrəli sağ cinah hücumçusunun transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
13
arena.az

1Mənbələr