AZ

“Marketlərdə, alış-veriş mərkəzlərində axşam keçiriləcək oyun haqda danışırlar” – Split “qaynayır”

Məlum olduğu kimi, “Zirə” bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda “Hayduk”un qonağı olacaq. Komanda bu məqsədlə srağagün oyunun keçiriləcəyi Split şəhərinə yollanıb.

Şəhərdəki oyunöncəsi atmosferi və oyuna marağın hansı səviyyədə olduğunu öyrənmək üçün “qartallar”ın mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadəylə əlaqə saxladıq. Onun “Football-plus.az”a söylədikləri:
“Splitdə matça böyük maraq var. Tribunalar tam dolu olacaq. Bizə verilən məlumata görə, bütün biletlər satılıb. Bura turizm məkanıdı. Marketlərdə, alış-veriş mərkəzlərində axşam keçiriləcək oyun haqda danışırlar. Taksilərdən istifadə edəndə də buna şahidlik etdik. Bizim azərbaycanlı olduğumuzu, oyuna görə gəldiyimizi biləndə dərhal matç haqda danışmağa başlayırlar. Böyük hörmətlə yanaşırlar. Çoxu ötən mövsüm “Osiyek”ə qarşı keçirdiyimiz oyunu xatırlayır. Əksəriyyəti oyunu stadiondan canlı izləyəcəyini bildirir. Ümumiyyətlə, Splitdə oyuna böyük maraq var və bu, şəhərdə hiss olunur”.
KƏNAN BAHADIR
Seçilən
24
football-plus.az

1Mənbələr