AZ

Tramp avqustun 8-dək Ukrayna və Rusiya arasında sülh sazişinin əldə olunmasını istəyir - ABŞ diplomatı

ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı müharibəsinin avqustun 8-dək bitməsini istəyir.

Qaziler.az  Reuters-ə istinadən xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasının iclası zamanı ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini vəzifəsini icra edən Con Kelli bildirib.

Kelli BMT Təhlükəsizlik Şurasının 15 üzvü qarşısında çıxışı zamanı vurğulayıb ki, həm Rusiya, həm də Ukrayna atəşkəs və davamlı sülh barədə razılığa gəlməlidir. Onun fikrincə, artıq sülh sazişinin vaxtı çatıb.

"Prezident Tramp açıq şəkildə bildirib ki, bu, avqustun 8-dək edilməlidir. ABŞ sülhü təmin etmək üçün əlavə tədbirlər görməyə hazırdır", - Kelli qeyd edib.

QAZİLER.AZ

Seçilən
23
1
qaziler.az

2Mənbələr